Əhməd İmamquliyev: “Gürcü Arzusu demokratiyanı Marneulidə dəfn edib”

Manshet Siyasət

“İlkin nəticələr onu göstərir ki, Gürcü Arzusu partiyası illərdir etdiyi şeyi təkrarlayıb. Bu partiya demokratiyanı Marniulidə dəfn edib”.

Nsa.ge xəbər verir ki,  bunu Marneulidə keçirilən mer seçkilərində Avropalı Gürcüstan partiyasının namizədi Əhməd İmamquliyev deyib. 

O, bildirib ki, Marneulidə keçirilən seçkilərdə insanların səsləri oğurlanıb.

“Mən Zaur Darğallını təbrik etmirəm. İnsanların səsləri oğurlanıb. Amma biz bu insanlarla demokratiya uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik”, – deyə Əhməd İmamquliyev vurğulayıb.

Qeyd edək ki, səslərin sayıldığı bir vaxtda Marneulidə elektrik təchizatında problem yaranıb. Yerli sakinlər bunu seçkiyə müdaxilə məqsədi ilə qəsdən edildiyini iddia ediblər.

NSA.GE