Əhməd İmamquliyev: “Seçicilərə təzyiq olunur”

Manshet Siyasət

“Hakim Gürcü Arzusu Partiyası Marneuli sakinlərinə təzyiq göstərir”.

Nsa.ge xəbər verir ki, bunu müxalif Avropalı Gürcüstan Partiyasının Marneuli merliyinə namizədi Əhməd İmamquliyev jurnalistlərə müsahibəsində bildirib.

Ə.İmamquliyev may ayının 19-da Marneulidə keçiriləcək seçkilərdə hakim partiyanın qələbə qazanması üçün heç bir şansının olmadığını deyib: “Hazırda Marneulidə seçicilərə təzyiqlər davam edir. Biz seçicilərin səslərini müdafiə etmək üçün əlimizdən gələni edəcəyik və qalib gələcəyik”.

Qeyd edək ki, Marneuli şəhərində icra başçısı vəzifəsi uğrunda mübarizədə Ə.İmamquliyevlə yanaşı, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev və hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı iştirak edəcəklər. Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirovun da seçkilərə müstəqil namizəd kimi qatılacağı gözlənilir. 

  Nsa.ge