İqtisadiyyat naziri: “Təbii qaza olan strateji tələbat Azərbaycandan idxal ediləcək”

Manshet Siyasət

“Gürcüstanda əhalinin strateji seqmentinin təbii qaza olan tələbatı Azərbaycandan idxal ediləcək”. 

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, qaz idxalında əsas prinsip Gürcüstanın təhlükəsizliyinin qorunmasıdır.

“Bizim üçün əsas prinsip strateji təhlükəsizliyimizin qorunmasıdır. Ümumi idxalımızın 95%-i Azərbaycanın payına düşür. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Bizim əhali və istilik elektrik stansiyalarımız SOCAR-dan alınan qazı tədarük edirlər” , – deye Turnava qeyd edib.

Nazir əlavə edib ki, “Qazprom”dan alınan qaz Gürcüstanın ümumi tələbatının cəmi 5%-nə bərabər olacaq.