Gürcüstan parlamentinin sədri Bakıda sərhədlərin delimitasiyasına dair müzakirələr aparacaq

Manshet Siyasət

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində iki ölkənin parlamentləri arasında əlaqələrin gücləndirilməsi istiqamətinə müzakirələr aparılacaq.

Nsa.ge xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, rəsmi səfər zamanı sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində də müzakirələr aparılacaq.

“Biz bu səfəri aylar öncədən planlaşdırmışdıq. Səfər çərçivəsində iki tərəfdaş ölkənin həyata keçirdiyi ortaq layihələr müzakirə olunacaq. Əminəm ki, biz David Qareci məsələsinə də toxunacağıq”,- deyə İ.Kobaxidze bildirib.

Qeyd edək ki, səfər iyunun 20-21-də baş tutacaq.  .