İrakli Kobaxidze: “Gürcüstanda Rusiyanın təsiri azalır. Bu bizim hakimiyyətimizin sayəsindədir”

Manshet Siyasət

Gürcüstanda Rusiyanın təsiri azalır və bu hakimiyyətimizin sayəsindədir.

Nsa.ge xəbər verir ki, Parlament sədri İrakli Kobaxidze bu barədə “ölməz polkların” aksiyasında sovet rəmzlərinin istifadə ilə əlaqəli bildirib.

Kobaxidzenin qeyd etdiyinə görə, Sovet rəmzlərindən istifadə təəssüfedicidir. Çalışmalıyıq ki, ölkəmizdə Rusiyanın təsiri genişlənməsin.

“ Gördüyünüz kimi Rusiyanın gürcüstandakı təsiri qüvvəsini itirir. Bunu seçkilərin nəticələridə göstərir. Rus yönlü partiyalar seçkilərdə az səs toplayır”- Kobaxidze

İkinci dünya müharibəsi qələbəsinin 74 illiyinin qeyd olunması ilə paralel olaraq Vake parkda 3 aksiya baş tutdu. İlia Çavçavadze küçəsində Rusiyada əsası qoyulmuş “ölməz polklar” təşkilatı yürüş təşkil etmişdilər. Yürüşə qarşı iki aksiya baş tutmuşu.