İrakli Kobaxidze: “İki ölkə arasında sərhəd məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”

Manshet Siyasət

“Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsi məsləhətləşmələr əsasında həll olunmalıdır”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, dost ölkələr arasında bütün aktual məsələlər məhz konsultasiyalar yolu ilə həllini tapır.

Spiker hamını sərhədlə bağlı aparılan danışıqlar ətrafında şəxsi improvizasiyalardan çəkinməyə çağırıb: “Hər bir məsələ ölkələr arasındakı münasibətlər çərçivəsində həll olunmalıdır və həddindən artıq gərginlik bu prosesə mane ola bilər”. 

NSA.GE