İrakli Okruaşvili ilə birlikdə daha dörd nəfər saxlanıldı – VİDEO

Manshet Siyasət

20-21 iyun hadisələri ilə bağlı, mütəşəkkil zoraklığın təşkili və iştirakı ittihamı ilə İrakli Okruaşvili saxlanılıbdır. Bununla yanaşı, DİN daha dörd nəfəri saxlayıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktor vəzifəsinin icraçısı, Mamuka Çelidze brifinqdə bildirib.

“Cari istintaq çərçivəsində müəyyən edildi ki, Parlament binasına yetirilən zoraklıq hücum zamanı İrakli Okruaşvili, müşayiət edən şəxslərlə birlikdə, aksiya iştirakçılarını Parlamentə soxulmağa çağırırdı və özü də cəhd edirdi.

Həmçinin qeyd olunan istintaq çərçivəsində, hakimin hökmü əsasında, hüquqmühafizəçilər daha dörd nəfəri saxladılar. İstintaqla müəyyən edildi ki, qeyd olunan şəxslər, mütəşəkkil zoraklıq, polis işçilərinə qarşı hücumda iştirak edirdilər.

Saxlanılan 1996-cı il təvəllüdlü Q.C., 1990-cı il təvəllüdlü T.D., 1972-ci il təvəllüdlü İ.M. və 1975-ci il təvəllüdlü B.L.-dır”, – DİN-in bəyanatında deyilir.

ბრიფინგი შინაგან საქმეთა სამინისტროში

Опубликовано შინაგან საქმეთა სამინისტრო / Ministry of Internal Affairs of Georgia Четверг, 25 июля 2019 г.