İrakli Okruaşvilinin mühafizəçisi saxlanılıb

Manshet Siyasət

Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçisi Koba Koşadze saxlanılıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, mühafizəçi silahın qanunsuz əldə olunması və daşınmasında günahlandırılır.

İ.Okruaşvili mühafizəçisinin saxlanılmasını ona qarşı siyasi təqiblə əlaqələndirib.

O, K.Koşadzeni uzun illər tanıdığını və onun əlində heç vaxt silah görmədiyini bildirib.