İrma İnaşvili: “Bir həftəliyinə məni baş prokuror təyin edin və Milli hərəkatı necə bitirəcəyimi görün”

Manshet Siyasət

“Mən sizi bitirəcəm” boş sözlər olaraq, qalmamalıdır. Əgər bitirirsinizsə, bitirin, ya da məni bir həftəliyinə baş prokuror təyin edin və “Milli hərəkatı” necə bitirəcəyimi görün”.

Nsa.ge xəbər verir ki, bu sözləri parlamentdə baş nazir namizədi ilə görüş zamanı “Vətənpərvərlər alyansının” liderlərindən biri və iclasın sədri İrma İnaşvili deyib.

İ. İnaşvili qeyd edib ki, əhali artıq “kohabitasiyadan” bezdi.

“Ədalətin bərpa olunması hərhansı kohabitasiyadan daha önəmlidir, çünki kohabitasiya ölkəyi geri saldı və əhaliyi də bezdirdi.

Məni baş prokuror təyin edin və “Milli hərəkatın” etdiyi cinayətlərlə bağlı, prokurorluğa şikayət daxil edən 56 000 şahadı gətirəcəm, dəlillər ortaya çıxardacam və onları necə bitirəcəyimi görəcəksiniz.

Bu açıq təklifimi qəbul edin və onları bitirdikdən bir həftə sonra isə, söz verirəm, yenə öz partiyama sədr olacaq qayıdacam”, – dedi İrma İnaşvili.