İşğalçı qüvvələr tərəfindən qaçırılan vətəndaşları baş nazir ziyarət edib – FOTO

Manshet Siyasət

“Çox vacibdir ki, bütün dünya həm-dostluğu bizə dəstək verdi və həmçinin çox vacib idi ki, bütün qurumlarımız ilk andan bu prosesə qoşulmuşdu”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze Axalubanidə, Qerkeulilərin ailəsinə qonaq olarkən deyib.

Dövlət başçısı gəncləri ailələrinə qayıtdıqları üçün təbrik etdi.

“Son üç gün bizim üçün çox ağır keçdi. Əsas odur ki, gənclərimiz sağ-salamat evlərinə qayıtdılar” – dedi baş nazir.

Baş nazirlə bərabər Axalubaniyə parlamentin sədri Arçil Talakvadze, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət Naziri Ketevan Tsixelaşvili və Şida Kartli bölqəsinin qubernatoru Giorgi Xocevanişvili də getmişdilər.

Qeyd edək ki, Axalubani kəndinin sakinləri olan gəncləri rus həbçiləri avqustun 17-də həbs etmişdilər.