İsveçrə Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edəcəyi tarixi açıqlayıb

Manshet Siyasət

Oktyabrın 1-dən İsveçrə Gürcüstanı təhlükəsiz ölkələr siyahısına daxil edəcək.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə İsveçrənin Federal Şurasının veb-səhifəsində yayılan bəyanatda deyilir.

Bəyanatda deyilir ki, Gürcüstanın təhlükəsiz ölkə olaraq, elan edilməsindən sonra, İsveçrədə sığınacaq axtaran Gürcüstan vətəndaşları vətənlərinə qayıtsalar yaxşı olar.

İsveçrə tərəfindən təhlükəsiz ölkələr siyahısına daxil edilən ölkələr Albaniya, Bosniya və Herseqovina, Burkina-Faso, Qana, Hindistan, Kosovo, Moldova (Dnestryanından başqa) Monğolistan, Monteneqro, Şimali Makedoniya, Seneqal və Serbiyadır.

Federal şura qeyd edir ki, Gürcüstanın təhlükəsiz bir ölkə olaraq, elan edilməsi sərt siqnaldır ki, İsveçrə artıq sığınacaq istəyən Gürcüstan vətəndaşlarının ərizələrinin müzakirəsini xeyli azaldacaq.