İsveçrənin Dövlət Katibi: “Gürcüstandan sığınacaq tələbləri bizim üçün problemə çevrilib”

Manshet Cəmiyyət Siyasət

“Gürcüstandan ölkəmizə sığınacaq tələbləri artıb və bu, bizim üçün problemə çevrilib”.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan İsveçrənin Dövlət Katibi Mario Qattiker keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, məsələ ilə əlaqədar sentyabrın 16-da Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri ilə birgə bəyanat imzalanıb və tərəflər birlikdə qanunsuz miqrasiyanın qarşısını almağa çalışacaq. 

M. Qattiker qeyd edib ki, Gürcüstan İsveçrədən ən çox sığınacaq istəyən ölkələr arasında beşinci yerdədir. 

“Gürcüstan vətəndaşları İsveçrədən sığınacaq tələbinə görə beşinci, yeni gələnlərin sayına görə üçüncü yeri tutur”, – deyə M. Qatiker bildirib.