İvanişvili Azərbaycandan nə istəyir? – Qafqazda sensasion gəlişmə

Manshet İqtisadiyyat Siyasət

“Gürcüstanın “boz kardinal”ı Bidzina İvanişvilinin Rusiya ilə yaxınlaşmaq siyasəti bu ölkənin Azərbaycanla əlaqələrinin korlanması fonunda həyata keçirilir. İvanişvili ilə yanaşı Prezident Salome Zurabişvili də bu siyasətə adekvat olaraq, Qərbin Cənubi Qafqazdakı enerji layihələrini sabotaj etməyə çalışır”.

Nsa.ge Teleqraf-a istinadən xəbər verir ki, bunu azərbaycanlı politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, hakim Gürcü Arzusu Partiyası Rusiyanın dəstəyi ilə iqtidarda qalmağı planlaşdırır:

“Çünki İvanişvili artıq cəmiyyət arasında reytinqin olmadığını bilir, buna görə də növbəti seçkilərdə məğlub olması mümkündür. Buna görə də o, Rusiyaya arxayındır. Moskva isə İvanişvlini tam dəstəkləyir. Bir sözlə, Tiflis Kremldən gələn təlimatlarla idarə olunur.

Hazırda İvanaivili daxili etirazlara görə Qərblə əlaqələri korlamamağa çalışır. Amma bu dəfə iqtidarda qalmağı bacarsa, Qərbdən uzaqlaşmaq kursunu açıq müstəviyə keçirəcək”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Tiflisin Azərbaycanla əlaqələrə zərbə vurmaq cəhdi, Qərbin regiondakı enerji maraqlarına uyğun deyil:

“Buna görə də ABŞ və Avropa İttifaqı növbəti seçkilərdə İvanişvilinin məğlub olması üçün çalışacaq. Qərb yenidən Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını dəstəkləyəcək. Qərb bir neçə ildir ki, Azərbaycan və Gürcüstanı bir-birinə yaxınalaşdırmağa çalışır, nəticədə Rusiyanın bölgədəki nüfuzunu əhəmiyyətli dərəcədə azaldıb. Gürcüstan rəhbərliyinin apardığı siyasət isə regionun təhlükəsizliyini təhdid edir və Qərbin maraqlarını zərbə altında saxlayır.

Gürcüstan rəhbərliyi Azərbaycana diplomatik savaş elan edib və daxildə vəziyyəti gərginləşdirməklə gürcü cəmiyyəti daxilində anti-Azərbaycan ab-havası yaratmağa çalışır. Lakin gürcü cəmiyyəti bu təxribata getməyəcək və Azərbaycanla əlaqələrin korlanmasına göz yummayacaq.

İvanişvili Ermənistandan sonra Gürcüstanı Rusiyanın regiondakı ikinci forpostu etmək niyyətindən əl çəkmir”.