İvanişvili nazirin vəzifədən getməyini niyə istəyib?

Manshet Siyasət

Mediada yayımlanan məlumatlara  görə,  maliyyə naziri Qiorqi Kobulia Gürcü arzusunun sədri Bidzina İvanişvili ilə görüşüb.

Nsa.ge bildirir ki,  İvanişvili Kobuliadan hazırda görməli olduğu konkret işlərlə bağlı sullar verib,  lakin nazirin cavabı onu qane etməyib. Nəticədə isə  İvanişvili ondan istefa verməsini tələb edib.

Yayılan məlumata görə, maliyyə nazirinin vəzifəsinə 2 namizəd nəzərdə tutulur. Belə ki, namizədlər maliyyə naziri müavini Natia Turnava və  sərmayə fondunun keçmiş sədri Qiorqi Baçiaşvilidir.

Xatırladaq ki, Gürcüstanın iqtisadiyyat naziri istefa verib. Bununla bağlı Gürcüstanın Baş naziri Mamuka Baxtadze müvafiq qərar imzalayıb.

G.Kobulianın səlahiyyətləri onun müavini Natia Turnavaya həvalə olunub. N.Turnava bu vaxta qədər iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini vəzifəsində çalışıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir