Karasin : “Salome Zurabişvilinin Rusiya ilə bağlı bəyanatı partlayan bomba effekti yaratdı”

Siyasət

Salome Zurabişvilinin Rusiya ilə bağlı bəyanatı partlayan bomba effekti yaratdı”.

Nsa.ge Rus KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Cenevrə görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, dövlət başçısı bu cür bəyanatlara yer verməməlidir:

“Biz deyirdik ki, Tiflisdəki nümayişlərdə səsləndirilmiş məsuliyyətsiz bəyanatlar əhval-ruhiyyəyə təsir edir. Məsələn, Zurabişvilinin bəyanatı partlayan bomba effekti yaratdı. Üstəlik, nümayişçilərin də çıxışları oldu. Mən bu partlayışın təsir etdiyi adamlardan biri idim. İkitərəfli münasibətlərdə dövlət başçısı belə bəyanatlara yer verməməlidir. Biz gərək bu məsələyə ehtiyatla yanaşaq”.