Kaxa Kaladze: “Gəncləri parlamentə hücum etməyə çağıranlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar”

Manshet Siyasət

“Gəncləri parlamentə hücum etməyə çağıranlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar”.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze jurnalistlərinin suallarını cavablandırarkən verdi.

Kaladzenin dediyinə görə, qeyd olunan məsələ ilə bağlı söhbət hələ olmayıb, ancaq o əmindir ki, ağır nəticələrə səbəb olan hərkəs cavab verməlidir.

“Saakaşvilinin bəyanatlarını və birbaşa hökümət çevrilişinə doğru çağırışlarını hərbirimiz eşidirdik. Əlbətdə ki, polis tərəfindən gərəyindən artıq gücdən istifadə faktları ilə bağlı da istintaq aparılır və günahkar olan hər bir kəs cəzasını alacaq. Müəyyən faktlarla bağlı video-kadrları olan hərkəsə müraciət edirik ki, onları müvafiq xidmətlərə təqdim etsinlər” – dedi Kaxa Kaladze.