Kaxa Kaladze: “Enerji müstəqilliyinə qarşı çıxanlar vətənin düşmənidir”

İqtisadiyyat Manshet Siyasət

“Pankisidə baş verənlər qətiyyən qeyri-məqbuldur və əminəm ki, buna qanunla müvafiq cavab veriləcək”.

Nsa.ge 1tv-ə istinadən xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

Kaxa Kaladze qeyd edib ki, HES-lərə qarşı məqsədyönlü propaqanda aparılr.

“Eneregetika Naziri olduğum 5 il müddətində Gürcüstanda hələ bu qədər layihə həyata həyata keçirilməyib. Çox təəssüflənirəm ki, bu istiqamətdə daha güclü layihələrin həyata keçirilməsinə maneələr yaradılır. Ölkəmiz inkişaf edir və elektrik enejiyə tələbat ildən ilə artır. Gürcüstan elektrik enerji müstəqilliyinə qarşı çıxan hər kəs demək olar ki, vətəninin düşmanıdır” .

Onun dediyinə görə, Pankisidə baş verənlər qətiyyən qeyri-məqbuldur və qanun qarşısında hərkəsdən cavab tələb olunacaq.

NSA.GE