Kaxa Kaladze: “ Onların partiyanı tərk etməsi xüsusi hal deyil”

Manshet Siyasət

“Hökümət dəyişikliyi ilə əlaqəli hazırki mərhələdə heç bir müzakirə olmayıb”.

Nsa.ge bildirir ki, bu barədə Tbilisi şəhər meri Kaxa Kaladze açıqlama verib.

“ Bir neçə deputatın partiyanı tərk etməsi xüsusi bir hal deyil. Çünki bu “ canlı proses” dir.

“Bir neçə deputatın partiyanı tərk etməsi özlərinin qərarlarıdır. Yəni, bu, adi prosesdir. Əgər insanların yanaşmaları, baxışları fərqlidirsə, onlar partiyada qala bilməyəcək. Buna görə də mən burada xüsusi nəsə görmürəm. Bütün demokratik ölkələrdə baş verən prosesdir”.

NSA.GE