Keçmiş müdafiə naziri Gürcüstanda yaşayan yerli azərbaycanlıları təhqir edib

Cəmiyyət Manshet Siyasət

Keçmiş müdafiə naziri İrakli Okruaşvili Gürcüstanda yaşayan yerli azərbaycanlıları qaçqın adlandırıb.

Nsa.ge xəbər verir ki, bu barədə o, öz şəxsi facebook səhifəsində yazıb.

Belə ki, İrakli Okruaşvili bir neçə gündür Azərbaycan və Gürcüstan arasında David Qareci (Keşişdağ) monastr kompleksi ətrafında yaranmış müzakirələrə münasibət bildirib.

O, Bidzina İvanaşviliyə problemi necə həll edəcəyini deyib.

Nsa.ge həmin yazını tam formatdan sizi təqdim edir:

İvanişvili üçün tibbi konspekt

Qriqoliç, azərbaycanlı sərhədçilər artıq 4-cü gündür ki, bizimkiləri Qareciyə buraxmırlar.

Nə edəcəyini yenə də mən öyrətməliyəm.

2005-ci ildə Azərbaycanla hansısa mövzuda problem yaranmışdı. 1 həftə keçmişdi yenə problem yaradırdılar. Biz onların Daxili İşlər Naziri ilə 8-ci gün Candar gölü yaxınlığında görüşdük. Süfrə başında oturduq. Araqla dolu 3- cü stəkanda ” belə alınmayacaq” dedim. O yenə də öz fikrində qalırdı. 4- cü stəkanda dedim – 1 həftəyə silahla dolu gəminiz Poti limanına daxil olacaq və mənim bazama hissələndiriləcək dedim. Yenə öz fikrini müdafiə edirdi.

7- ci stəkanda dedim, siz əgər sabah mövcud problemi bizim xeyrimizə həll etməsəniz, 500 000 qaçqını Qırmızı körpüdə qarşılayarsınız. Bilirsən ki, edərəm dedim.

Problem həll olundu.


İnanmıram ki, buradan bir şey başa düşəcən. Qareci problemini həll etməklə pul tapmayacaqsan. Amma siz hardan ki, maddi xeyir gəlir o işi başa düşürsünüz.

Qeyd edək ki, İrakli Okruaşvili 17 dekabr 2004-cü ildə müdafiə naziri postuna təyin olunub, 10 noyabr 2006-cı ildə isə müdafiə naziri vəzifəsindən İqtisadi İnkişaf Nazirliyinə keçib.

სამეცადინო კონსპექტი ივანიშვილისთვის!!!გრიგოლიჩ, აზერბაიჯანელი მესაზღვრეები მეოთხე დღეა გარეჯში ჩვენებს აღარ…

Опубликовано ირაკლი ოქრუაშვილი Четверг, 25 апреля 2019 г.