Ketevan Tsixelaşvili: “İşğala biz ən effektli cavabımızı, bizim sürətli tərəqqimiz ilə verəcəyik”

Siyasət

“Gürcüstan ərazilərinin metrlərlə parçalanması zamanı təxribati hərəkətlərinin məqsədi, ictimaiyyətdə ümudsizliyin, eskalasiyanın, qeyri-sabitliyin yaradılmasının arzusudur və buna yol verməməliyik”.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvili Atotsi kəndində inkişaf edən hadisələr barəsində söhbət edərkən deyib.

Nazirin dəyərləndirməsinə görə, daimi təxribatlar işğal rejimi tərəfindən gərginliyin yaradılmasına hesablanıbdır.

Onun dediyinə görə, məhz elə buna görə, zərər çəkən ölkə və əhali güclənməlidir.

Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvilini Parlamentin komitələrinin birləşmiş iclasında qapalı rejimdə dinləyirlər.