KİV: Gürcüstan hökumətində dəyişikliklər gözlənilir

Manshet Siyasət

Gürcüstanın bəzi KİV-ləri hökumətdə kadr dəyişikliklərinin olacağı barədə məlumatlar yayıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, məlumatlara əsasən, Gürcüstanın baş naziri Mamuka Baxtadze və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifələrini tərk edəcəklər.

KİV qeyd edib ki, Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili baş nazir təyin olunacaq.

Yayılan məlumatları şərh edən Gürcüstan parlamentinin vitse-spikeri Gia Volksi hazırkı mərhələdə hökumətdə hər hansı bir dəyişikliyin planlaşdırılmadığını deyib: “Ayda bir dəfə ya da daha tez-tez hökumətdə kadr dəyişikliklərinin olacağı ilə bağlı informasiyalar yayılır. Əgər gələcəkdə hər hansı bir dəyişiklik baş versə, bu barədə hamı biləcək”.