“Küçə oğlanları” musiqi qrupunun keçmiş üzvü Samtsxe Cavaxeti bölgəsinin qubernator müavini vəzifəsinə təyin olunub

Manshet Siyasət

“Küçə oğlanları” musiqi qrupunun keçmiş üzvü Samtsxe Cavaxeti bölgəsinin qubernator müavini vəzifəsinə təyin olunub.

Nsa.ge xəbər verir ki, bu haqda Netgazet-ə Samtskhe-Cavaxeti regional rəhbərliyindən məlumat verilib.

Z.Xaçidze bu gündən işə başlayıb. O, üçüncü müavin olaraq mədəniyyət, turizm, idman və təhsil sahələri üzrə fəaliyyət göstərəcək.

Qubernatorun rəhbərliyində verilən məlumata görə, Zura Xaçidze haqqında ətraflı məlumat tezliklə rəsmi saytda yerləşdiriləcək.