Kvemo Kartili qubernatorunun yeni azərbaycanlı müavin təyin olunacaq

Manshet Siyasət

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşviliyə azərbaycanlı yeni müavin təyin olunacaq.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu post keçmiş müavin Zaur Darğallının Marneuli rayonunun rəhbəri seçilməsindən sonra boşalıb. 

Qubernator müavini vəzifəsinə kimin təyin olunacağı hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ildən etibarən azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin qubernatorunun 3 müavinindən biri azərbaycanlı olur. Həmin ildə qubernator müavini təyin olunmuş Z.Darğallı ötən gün 78,6% səslə Marneulidə keçirilmiş seçkilərdə qalib gəlib. 

NSA.GE