Deputat: “Qiorqi Kobulianın istefa səbəbini bilməliyik”

Manshet Siyasət

“Düşünürəm ki, nazirin istefası ilə maliyyə komiteti maraqlanmalıdır və baş nazir mütləq açıqlama verməlidir” .

Nsa.ge məlumat verir ki, bunu deputat Levan Qoqiçaişvili maliyyə və davamlı inkişaf naziri Qiorqi Kobulianın istefası ilə əlaqəli jurnalistlərə bildirib.

O, qeyd edib ki, əgər nazir kiməsə maneçilik yaratdığına görə kənarlaşdırılırsa, onda baş nazirdə istefa etməlidir.

Qeyd edək ki, maliyyə və davamlı inkişaf naziri Qiorqi Kobulia vəzifəsindən dünən istefa edib. Qiorqi Kobulianin istefası ilə əlaqəli bu gün açıqlama verəcəyi gözlənilir.


NSA.GE