“Mən vəzifədən getməklə bağlı ərizə yazmamışam”

Manshet Siyasət

“Mən öz istəyimlə getsəydim, ərizə yazardım, yazmadığıma görə məni vəzifəmdən kənarlaşdırdılar deməkdir”.

Nsa.ge bildirir ki, bu barədə keçmiş iqtisadiyyat naziri Qiorqi Kobulia yerli mediaya müsahibəsində deyib.

Onun sözlərinə görə, onun fikirləri və baxışı düzgün istiqamətdə idi:

“Vəzifədən getmədən öncə Bidzina İvanişvili ilə görüşüb və özünün baxışlarımı düzgün istiqamətdə olduğunu təsdiqləməyə çalışdım. Bu qədər tez vəzifədən ayrılacağımız gözləmirdim”.

Qiorqi Kobulia deyib ki, konkret qərarların alınmasının ləng inkişafı onun və idarəçi komandanın rəhbərliyi arasında tez- tez münaqişəyə səbəb olurmuş.

Xatırladaq ki, baş nazir Mamuka Baxtadze Qiorqi Kobulianın vəzifədən kənarlaşdırılması ilə bağlı aprelin 18-də əmr verib.

NSA.GE