Mamuka Baxtadze yeni naziri təqdim etdi

Manshet Siyasət

Gürcüstanın baş naziri Mamuka Baxtadze yeni İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnavayı təqdim etdi.

Nsa.ge 1tv-ə istinadən xəbər veriri ki, Mamuka Baxtadze Natia Turnavanın çox ambisiyalı işlər həyata keçirəcəyini bildirib.

“Dünən qərar verdim ki, Giorgi Kobuliayı Natia Turnava əvəz edəcək. Giorgi Kobulia bütün əsas industriyal istiqamətlərdə inkişaf strategiyasını yarada bildi, indi isə, bizə biznesin və istehsalçıların maraqlarını qoruyan operativ rejimdə işləmək lazımdır və bu istiqamətdə Natia fəaliyyət göstərəcək. Natia ilə 10 illik əməkdaşlıq təcrübəm var.  Natia ölkədəki sosiyal reallığı və cəmiyyətin sosiyal tələblərini çox yaxşı dərk edir. O çox qısa müddətlərdə, çox ambisiyalı qərarlar verməli olacaq. Əminəm ki, Natia öz işini müvəffəqiyyətlə yerinə yetirəcək”.

NSA.GE