Mamuka Baxtadze rəsmi səfərlə Qazaxstana gedir

Manshet Siyasət

Gürcüstanın baş nazirinin Qazaxstana rəsmi səfəri bugün başlayır.

Nsa.ge xəbər verir ki, Mamuka Baxtadze Qazaxstanın paytaxtı Nur-Sultanda Qazaxstanın prezidenti, baş naziri və senatın sədri ilə görüşəcək.

Gürcüstan və Qazaxstan arasında bir neçə sənəd imzalanacaq. Onların arasında kənd təsərrüfatı və sosiyal-əmək sahələrində əməkdaşlıq haqqında sənədlər də var.

Mayın 16-da Mamuka Baxtadze Astanannın 12-ci iqtisadi forumunda iştirak edəcək.

Tədbirdə Qazaxstanın birinci prezidenti Nursultan Nazarbaev və Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Laqard da iştirak edəcəklər.

NSA.GE