Mamuka Baxtadze: “Strasburqun qərarı onun təsdiqidir ki, Saakaşvili rejimi zamanı…

Manshet Siyasət

“18 iyul və Strasburq məhkəməsinin qərarı onun təsdiqidir ki, Saakaşvili rejimi və “Milli Hərəkat”-ın iqtidarda olan zaman hüquqi dövlətimiz yox idi və vətəndaşların qətlinə, işgəncə edilməsinə, mülkiyyətinin zorla əlindən alınmasına yol verilirdi və bu bir həqiqətdir”.

Nsa.ge 1tv-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Mamuka Baxtadze jurnalistlərin suallarını cavablandırarkən bildirdi.

Mamuka Baxtadzenin dediyinə görə, indi “Milli Hərəkat” Avropa demokratiyasının əsaslandığı prinsiplərə ləkə yaxmağa çalışır.

“Rustavi-2” kanalından Nika Qvaramianın getdiyi üçün sevinib, sevinmədiyi ilə bağlı, jurnalist tərəfindən verilən suala isə, Mamuka Baxtadze belə cavab verdi:

“Xeyr. Biz gürcü idmançılarının beynəlxalq qələbələrinə, gürcü incəsənətinin müvəffəqiyyətlərinə sevinirik və gələcəkdə də millətimizlə bərabər, ölkəmizin işğaldan azad edilməsinə və yoxsulluğun aradan qaldırılmasına sevinəcəyik”.