Mariamoba günü prezident tərəfindən əfv edilən şəxslərdən biri axtarışdadır

Manshet Cəmiyyət Siyasət

“Əvvəlki iki afv prosesindən fərqli olaraq, Mariamoba bayramında əfv edilənlərlə bağlı prezident administrasiyası və Ədliyyə Nazirliyi arasında əlaqə olmayıb və biz birbaşa prezidentin imzaladığı aktı aldıq və bundan sonra, 24-dən 23 məhbus həbsdən azad oldu, ancaq biri axtarışda olduğu üçün azad ola bilmədi”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın vitse-premyeri və Ədliyyə naziri Tea Tsulukiani Gürcüstanın Birinci Kanalının “Azad baxış” verlişində deyib.

Nazirin dediyinə görə, axtarışda olan və azad oluna bilməyən məhbus mülkuyyətin mənimsənməsi və qeyri-qanuni pul xərclənməsi ilə ittiham olunur, ancaq onun kimliyi şəxsi məlumat olduğu üçün bildirilmir.

Ədliyyə Naziri qeyd etdi ki, əfv etmə prosesi bu qədər hədsiz olmamalıdır, yoxsa Mariamoba bayramında qatillərin azad edilməsi kimi acınacaqlı vəziyyətə gəlib çıxılacaq.

Onun dediyinə görə, əfv prosesi ilə bağlı islahat həyata keçirilməlidir və bu haqda prezidentin şəxsi təşəbbüsü ilə onunla da danışıb.

“Prezident hesab edirdi ki, əfv komisiyasının tərkibi dəyişdirilməlidir. O bu haqda parlamentdə də danışdı. Salome Zurabişvili sabiq prezident Marqvelaşvilinin komisiyasını yanvar ayında ləğv etmişdi və ondan sonra komisiya faktiki olaraq, yoxdur” – dedi Tsulukiani.

Ədliyyə Naziri qeyd etdi ki, prezidentin yerinə qərar verməli olsaydı, islahata qədər o insanların həyatını əlindən alan məhkumlarla deyil, ağır olmayan suç üzündən həbsdə olan məhkumlara qayğı göstərərdi.