Marneuli merliyinə namizədlərin adları açıqlandı

Manshet Siyasət

Marneulidə keçiriləcək növbədən kənar seçkilərdə 11 nəfər namizədin mübarizə aparacağı gözlənilir.

Nsa.ge xəbər verir ki, MSK-nın rəhbəri K.Asanidze 5 namizədin rəsmi şəkildə qeydiyyatdan keçdiyini bildirib.

Xatırladaq ki, bu gün saat 18:00 dək qeydiyyatın son günüdür. Qeydiyyatdan keçməyən namizədlərin bu günün sonuna dək qeydiyyatdan keçəcəyi gözlənilir.

Belə ki, Marneuli Mərkəzi Seçki Komissiyasına 11 namizəd ərizə ilə müraciət edib.

1 Gürcü arzusu – demokratik Gürcüstan – Zaur Darğallı

2 “ Bakradze- Uqulava Avropalı Gürcüstan” – Əhməd İmamquliyev

3 “ Vahid Milli Hərəkat “ – Aqil Mustafayev

4 Müsdəqil namizəd – Əli Bədirov

5. “ Azadlıq- Zviad Qamsaxurdia yolu” Malxaz Qorqasalidze

6. “ Azad Gürcüstan üçün hərəkat” – İrena Sturua

7. “Dövlət üçün xalq hərəkatı” – Elene Qabinaşvili

8. “ Milli Demokratlar partiyası” – Gano Jvania

9. “ Xristian- konservatorlar” – İlia Pataraia

10. “ Siyasi platforma Yeni Gürcüstan” – Niniko Çxetia

11. “ Gürcüstan” partiyası – Leyla Xaraişvili


Qeyd edək ki, Marneulidə bu il növbədən kənar yerli hakimiyyət seçkiləri may ayının 19-u keçiriləcək.

NSA.GE