Marneuli növbədənkənar mer seçkilərinin nəticələri açıqlanıb

Manshet Siyasət

Marneuli növbədənkənar mer seçkilərində 72 məntəqənin nəticələri açıqlanıb.

Nsa.ge xəbər verir ki, bu haqda Mərkəzi Seçki Komisiyasının veb saytında 72 məntəqənin nəticəsi yayımlanıb.

Belə ki, səslərin böyük faizini “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının namizədi Zaur Darğallı toplayıb.

Zaur Darğallı 79,98% (22 216 səs)

Aqil Mustafayev 11,52% (3188 səs)

Əhməd İmamquliyev 7,54% (2086 səs)

Əli Bədirov 0,95% (263)

Qeyd edək ki, Marneuli bələdiyyəsində 90 seçki məntəqəsi var, onlardan 72 məntəqənin nəticələri hesablanıb.