Marneuli şəhər rəhbəri Zaur Darğallı pomidor yığıb – FOTO/VİDEO

Manshet Siyasət

Gürcüstanın Marneuli şəhərinin meri Zaur Darğallı Dəmyə-Görarxı kəndində yaşayan Oqtay Qurbanovun ailəsinə baş çəkib.

Nsa.ge xəbər verir ki, şəhər rəhbəri Qurbanovlara məxsus istixana təsərrüfatında ailə üzvləri ilə birlikdə pomidor yığımında iştirak edib.

Z.Darğallı bildirib ki, Gürcüstan iqtisadiyyatının bir hissəsi olan kənd təsərrüfatının inkişafı hər bir ailənin möhkəmləndirilməsindən və sabitliyindən asılıdır: “Məhz buna görə kənddə yaşayan ailələri dəstəkləmək və kənd təsərrüfatının fəaliyyətinə müvafiq şərait yaratmaq prioritetdir”.

Mer qeyd edib ki, seçkiqabağı vədlərə uyğun olaraq, müntəzəm şəkildə müxtəlif kəndləri ziyarət edəcək və yerli əhalinin ehtiyacları ilə şəxsən tanış olacaq. 

მერი დამია-გეურარხში ყურბანოვების ოჯახს ესტუმრა

მერი დამია-გეურარხში ყურბანოვების ოჯახს ესტუმრაMer Dəmyə-Görarxı kəndində Qurbanovlar ailəsini ziyarət etdi

Опубликовано ზაურ დარგალი მარნეულის მერი / Zaur Darğallı Понедельник, 1 июля 2019 г.