Marneulidə müxalifət Vladimer Zelenskinin qələbəsini qeyd edib – Video

Manshet Siyasət

Marneulidə müxalif Vahid Milli Hərəkat partiyası Ukraynada keçirilən ikinci tur prezident seçkilərində Vladimer Zelenskinin qələbəsini qeyd edib.

Nsa.ge xəbər verir ki, Marneulidə Vahid Milli Hərəkat partiyasınin üzvləri dünən axşam Ata Holding parkda Vladimer Zelenskinin, Petro Poroşenkonun üzərində qələbə qazandığını qeyd ediblər.

Belə ki, onlar əllərində Ukrayna və Gürcüstan bayraqları ilə “Yaşasın Gürcüstan və Ukraina” “Yaşasın Mişa” şüarları səsləndiriblər.

Qeyd edək ki, Ukraynada keçirilən ikinci tur prezident seçkilərində
bülletenlərin 85 faizinin hesablanmasından sonra, prezidentliyə namizəd, Vladimer Zelenski səslərin 73,2 faizini toplayıb. Petro Pareşenko isə səslərin 24,46 faizini toplayıb.

მარნეული ამ წუთებში

Опубликовано Guc Birlikdədir Dzala Ertobashia Воскресенье, 21 апреля 2019 г.