Marneulidə mer vəzifəsinə daha bir azərbaycanlının namizədliyi qeydə alınıb

Manshet Siyasət

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirovun Marneuli şəhər mer vəzifəsinə namizədliyi qeydə alınıb.

Nsa.ge xəbər verir ki, bu barədə Əli Bədirov News Space Agency-ə müsahibəsində deyib.

Ə.Bədirov bildirib ki, Marneuli Seçki Komissiyasına qeydiyyat üçün tələb olunan 995 imza əvəzinə 1200-ə yaxın imza təqdim olunub: “Artıq gənclərdən ibarət təşəbbüs qrupunun müstəqil namizədi kimi rəsmən qeydə alındım”.

Belə ki, Ə.Bədirov 42 nömrə altında Marneuli şəhər mer vəzifəsi uğrunda mübarizə aparacaq.

Ə.Bədirov həmçinin hüquq elmləri magistri və Qafqaz Beynəlxalq Universitetinin hüquq elmləri üzrə doktorantıdır. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.


Qeyd edək ki, Marneulidə mer seçkilər mayın 19-da keçiriləcək. Marneuli şəhər mer vəzifəsinə 4 namizəd qeydiyyatdan keçib, namizədlər bunlardır: Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev, Vahid Milli Hərəkat Partiyasınından Aqil Mustafayev və hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallı namizədliyini irəli sürüb. 

Əli Bədirov

NSA.GE