Marneulidə növbədənkənar seçkilərin son nəticəsi açıqlandı, Zaur Darğallı mer seçildi

Manshet Siyasət

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Marneuli rayonunda 90 seçki məntəqəsinin hamısı üzrə nəticələri elan edib.

Nsa.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,6% səslə qalib gəlib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Aqil Mustafayev 11,49%, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,54%, müstəqil namizəd Əli Bədirov isə 1,21% səs toplayıb.

NSA.GE