Marneulidə qeydə alınan qayda pozuntuları nəticəyə təsir etməyib 

Manshet Siyasət

Marneulidə ümumilikdə 35 700 seçici səsvermə hüququndan istifadə edib.


Nsa.ge xəbər verir ki, Marneuli Dairə Seçki Komissiyasının sədri Koba Asanidze bildirib ki, məntəqələrdə qeydə alınan qayda  pozuntuları əsasən texniki xarakterli olub və seçkinin ümumi nəticəsinə təsir edəcək qədər önəmli  deyil.

“Ciddi qayda pozuntuları müşahidə edilməyib. Seçkinin son nəticəsinə təsir edə biləcək heç bir ciddi pozuntu qeydə alınmayıb. Səsvermə prosesi şəffaf, ədalətli və demokratik keçib”, – deyə Koba Asanidze bildirib.

Məlumat üçün bildirək ki, Gürcü Arzusu pariyasından olan Zaur Darğallının Marneulidəki qərargahı namizədinin həlledici qələbə qazandığını iddia edib.