Marneulidə 4 məntəqədə nəticələrin ləğvi tələb olunur

Manshet Siyasət

Ötən gün Marneulidə keçirilən mer seçkilərində qanun pozuntuları ilə bağlı 33 şikayət qeydə alınıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Dairə seçki komissiyalarına seçki pozuntuları ilə bağlı, ümumilikdə, 116şikayət daxil olub. Şikayətlərin böyük əksəriyyəti texniki məsələlərlə bağlıdır və 48-i Zuqdidi rayonunun payına düşüb.

Bununla yanaşı, 8 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi tələbi ilə 10 müraciət qeydə alınıb ki, onların da 4-ü Marneuli rayonunda yerləşir.

MSK-dan bildirilib ki, şikayətlərə qanun çərçivəsində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq. 

NSA.GE

Mənbə: Report