Marneulinin yeni meri səlahiyyətlərinin icrasına başlayıb – FOTO

Manshet Siyasət

Gürcüstanın Marneuli şəhərinin yeni seçilmiş meri Zaur Darğallı vəzifəsinin icrasına başlayıb.

Nsa.ge xəbər verir ki, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili iyunun 10-da Marneuli şəhər bələdiyyəsində Zaur Darğallı və digər rəsmi şəxslərlə görüş keçirib.

Qubernator Marneuli şəhərinin yeni başçısına fəaliyyətində uğurlar arzu edib və Zaur Darğallı ilə birlikdə layihələrin həyata keçirilməsində onun yanında olacaqına vəd verib.

Toplantıda Z.Darğallı Marneulidə görüləcək işlərlə bağlı fəaliyyət planı barədə məlumat verib. 

Xatırladaq ki, Marneulidə icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçirilib. Z.Darğallı 78,6% səs toplayaraq seçkilərdə qələbə qazanıb.