Medvedyevdən Zurabişviliyə cavab – “Problemlər olacaq”

Manshet Siyasət

Rusiya Baş naziri Dmitri Medvedyev Rusiyanı düşmən və işğalçı adlandıran Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərini şərh edib.

Nsa.ge “RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedyev verilən açıqlamaları peşəkarlıqdan uzaq hesab edib. Rusiya Baş naziri bəyan edib ki, bu ritorika, antirusiya ab-havasının davam etməsi Moskvanın turistlərinə Gürcüstana dair müvafiq məsləhətlər verməsinə gətirib çıxaracaq.  

“Və onda həqiqi problemlər artıq Gürcüstan iqtisadiyyatında olacaq”, – deyə Medvedyev bildirib.