Millət vəkili: “Marneulidə Zaur Darğallı həlledici qələbə qazanıb”

Manshet Siyasət

“Marneulidə Gürcü Arzusu pariyasının namizədi olan Zaur Darğallı həlledici qələbə qazanıb”.

 

Nsa.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Gürcü Arzusu partiyasından olan üzvü İrakli Sesiaşvili deyib. 

Bildirib ki, Marneulidə əhali arasında siyasi indeks yüksək səviyyədədir: “İlkin məlumata görə, Gürcü Arzusu partiyasının namizədi Zaur Darğallı bugünkü səsvermənin qalibidir. Sabahdan Zaur Darğallını ağır iş yükü gözləyir”.