Mixail Saakaşvili: “Rus ordusu Tiflisi işğal edəcək”

Manshet Siyasət

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan sərhədinə qədər çəkiləcək Kobi-Qudauri avtomobil yolu layihəsini tənqid edib.

Nsa.ge xəbər verir ki, Saakaşvili bununla bağlı Feysbuk hesabında yazıb.

“Bu avtomagistral yolun tikiləcəyi halda Tiflisin sürətlə ələ keçirilməsi üçün Rusiyaya hərbi yol açılacaq. Bu tikinti Rusiyanın maraqlarına uyğundur və turizmin buraya heç bir aidiyyəti yoxdur”, – o bildirib.