Mixail Saakaşviliyə vətəndaşlıq verildi

Dünya Manshet Siyasət

Ukrayna prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Nsa.ge xəbər verir ki, bu barədə sərəncam dövlət başçısının rəsmi saytında dərc olunub. 

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru olan Saakaşvilinin Ukrayna vətəndaşlığı o vaxtki prezident Petro Poroşenkonun əmri ilə 2017-ci ilin iyulunda əlindən alınmışdı.