Mixeail Saakaşvili: “Gürcüstan çox ağır vəziyyətdədir”

Manshet Siyasət

“Gürcüstan çox ağır vəziyyətdədir”.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti, Mixeail Saakaşvili Ukraynada gənclərlə görüşü zamanı deyib.

“Gürcüstan çox ağır vəziyyətdədir. Vladimir Putin bir ay bundan əvvəl İvanişviliyə dedi, əgər neytral statusu bəyan etməsən, NATO və Avropa İttifaqına rədd cavabı verməsən, dekabrın 31-nə qədər qondarma Cənubi Osetiyanı işğal edəcəm. İvanişvili bu barədə sizə danışmır, çünki ümumiyyətlə düşünmür ki, sizin qarşınızda öhdəlik daşıyır. O, müdafiə nazirini istefaya göndərdi, Rusiya xarici kəşfiyyatının agentini baş nazir təyin etdi” – Saakaşvili bildirdi.