Mixeil Saakaşvili Gürcüstana qayıdır? – Açıqlama

Manshet Siyasət

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yaxın aylarda vətənə qayıdacağını elan edib.

Nsa.ge-nin xəbərinə görə, bunu keçmiş dövlət başçısı “Mtavari arxi” televiziya kanalının efirində bildirib.

M.Saakaşvili 2020-ci ilin parlament seçkilərinə qədər Gürcüstana dönəcəyini deyib: “Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlətməyə heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, lakin biz vətəni itiririk”.

O həmçinin qeyd edib ki, ölkəyə qayıtdıqdan sonra həbs edilib-edilməməsinə ancaq gürcü xalqı qərar verə bilər: “Qarşıdakı aylarda Gürcüstana qayıdacağam. Heç nə gizli deyil. Ukraynada özümü yaxşı hiss edirəm, amma öz vətənimi itirirəm”.