Mixeil Saakaşvili prezidentə səsləndi: “ Passportumu qaytarın”

Siyasət

Mixeil Saakaşvili  prezidentə səsləndi: “ Passportumu qaytarın”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili  Ukraynanın dövlət başçısına müraiət edib.

Nsa.ge xəbər verir ki, Odessa əyalətinin sabiq qubernatoru Saakaşvili Petro Poroşenkodan prezident seçkilərinə qədər passportunu geri qaytarmasını tələb edir.

Sabiq prezident iddia edir ki, onun məsələsinin müzakirəsi Ukrayna məhkəmələrində qəsdlə uzadılır ki,  Strasburq Məhkəməsinə şikayət edə bilməsin.

Onun sözlərinə görə, Poroşenkonu dministrasiyasının təsirinə görə, onun işinin müzakirəsi bu vaxta qədər məhkəmədə davam edir:

“Məhkəmələr qərar vermək istəmirlər, onlar bilir ki, mən Strasburq Məhkəməsinə müraciət etsəm, Ukrayna pasportum mənə geri qaytarmalı olacaq”.

Saakaşvili  onları qanunla hərəkət etməyə səsləyib:

“Əgər məndən həqiqətən qorxmursunuzsa, onda qanuni hərəkət edin və pasportumu və Ukrayna vətəndaşlığımı geri qaytarın. Sizə 24 saat müddər  vermirəm, çünki ikinci tura qədər xeyli vaxtınız var”.

Nsa.ge

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir