MSK: Gürcüstanda seçkilərlə bağlı ən çox şikayət Marneuli və Zuqdididən daxil olub

Manshet Siyasət

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkiləri ilə bağlı qeydə alınan şikayətlərin sayı 55-ə çatıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib.

Şikayətlərin 26-sı Zuqdidi, 17-si isə Marneuli rayonundan daxil olub.

Qanun pozuntuları ilə bağlı müraciətlərin böyük əksəriyyəti prosedur qaydalarla əlaqədardır.

NSA.GE