MSK: Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb

Manshet Siyasət

Bu saata qədər Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkilərlə əlaqədar 24 şikayət daxil olub.

Nsa.ge xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze açıqlayıb.

Marneulidə yerləşən 68 və 49 nömrəli seçki məntəqələrində iki müşahidəçi komissiyanın işinə mane olduğu əsas göstərilərək məntəqədən xaric edilib.

Qeyd edək ki, Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.


Mübarizə əsa 4 namizəd arasında gedir. Bunlar Avropalı Gürcüstan partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.