Müdafiə naziri: “Perspektivdə Gürcüstanda ABŞ hərbi bazalarının olmasını alqışlayıram”

Manshet Siyasət

“Perspektivdə Gürcüstanda ABŞ hərbi bazalarının olmasını alqışlayıram”.

Nsa.ge xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria “Amerikanın səsi” radiosunun gürcü dili redaksiyasına müsahibəsində deyib.

O, Prezident Salome Zurabaşvilinin ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı fikrini şərh etməkdən imtina edib.

Nazir bildirib ki, Gürcüstanın ABŞ-la hərbi sahədə misli görünməmiş və olduqca sıx əməkdaşlığı var: “Strateji tərəfdaşımızla əməkdaşlıq əhəmiyyətli uğurlarla davam edir. Bu ilin sonunda Gürcüstan və ABŞ arasında çərçivə sazişi imzalanacaq və bu da hərbi əməkdaşlığı daha da dərinləşdirəcək”.

Qeyd edək ki, bu ayın əvvəlində Gürcüstan Prezidenti Salome Zurabaşvili “Amerikanın səsi”nin gürcü dili redaksiyasına müsahibəsində ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məqsədəuyğun hesab etmədiyini bildirib. 

NSA.GE

Mənbə: Report