Müdafiə naziri: “Qəbələ görüşü xalqlarımızın təhlükəsizliyi baxımından da vacibdir”

Manshet Siyasət

“Zakir Həsənov və Hülusi Akarla regional təhlükəsizlik məsələlərini müzakirə etdik”.

Nsa.ge APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Müdafiə naziri Levan İzoriya Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Türkiyənin Milli müdafiə naziri Hulusi Akarla üçtərəfli görüşdən sonra keçirilən brifinqdə deyib.  

Gürcüstanın Müdafiə naziri görüşdə ölkələrimizin ərazi bütövlüyü və suverenliyini beynəlxalq hüquq çərçivəsində tanıdıqlarını bir daha təsdiq etdiklərini bilıdirib.

“Gürcüstanın qəti mövqeyini bir daha təsdiq edirəm ki, ölkəm Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bizim strateji tərəfdaşlığımızın əsas amillərindən biri odur ki, müştərək təlimlər həyata keçiririk. Bu da bizim əməkdaşlığımızın inkişafında öz töhfələrini verir. Biz bu gün qərar verdik ki, Gürcüstan tərəfi gələcəkdə də Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə qoşulacaq. Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə təşəkkür edirəm ki, NATO-nun himayəsi altında Gürcüstanda keçirilən çoxmillətli beynəlxalq təlimlərə qoşulmaqla, öz dəstəklərini əsirgəmirlər. Bugünkü görüşümüz strateji tərəfdaşlığımızı təsdiq etməklə yanaşı, xalqlarımızın təhlükəsizliyini təmin etmək baxımından da vacibdir. Bu səviyyədə məhsuldar əməkdaşlıq etdikləri üçün Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə bir daha təşəkkür edirəm”.