Müxalifət parlament iclaslarını boykot edib

Manshet Siyasət

Gürcüstanın parlament müxalifəti qanunverici orqanın iclaslarını boykot edib.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu gün parlamentdə nazir vəzifələrinə namizədlərin çıxışları başlayıb.

Namizədlərin çıxışları növbəti günlərdə də davam etdiriləcək. Parlamentin yeni hökumətə sentyabrın 8-də etimad göstərəcəyi gözlənilir. Nazirlər Kabinetinin təsdiqi üçün parlamentin 76 üzvünün səsi tələb olunur.

Parlamentin binası qarşısında müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri və tərəfdarları etiraz aksiyası keçirilər.

Qeyd edək ki, Gürcüstan müxalifəti daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edir. Müxalifət hökumət başçısı postuna namizədin dəyişdirilməsini tələb edir.